Vaxt.Az

Rus Dram Teatrı qastrolda


 

Kollektiv "Müsyö Jordan və dərviş Məstəli şah"ı göstərməyi planlaşdırır

Rus Dram Teatrı qastrolda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrol səfərinə dəvət olunub. Teatrın truppası Rusiyada V.F.Komissarjevskaya adına Dövlət Akademik Dram Teatrının səhnəsində çıxış edəcək.Kollektiv sentyabrın 25-də səfərdə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" əsərinin tamaşasını göstərməyi planlaşdırır. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskidir.
 





03.01.2013    çap et  çap et