Vaxt.Az

Sərkisyan erməniləri müharibəyə çağırdı


 

«Kim vuruşmaq istəyir, getsin sərhəd bölgələrinə, gənc əsgərlərlə bir yerdə xidmət etsin»

Sərkisyan erməniləri müharibəyə çağırdı Ermənistan prezidenti Serj Sərkisyan Suriyada döyüşən ermənilərdən danışıb. (modern.az)

Dövlət başçısı Suriyada gedən vətəndaş müharibəsində ermənilərin tərəf kimi iştirak etməsi ilə bağlı məsələlərə toxunub. O, Ermənistandan silahlı dəstələrin Suriya ermənilərinə kömək məqsədi ilə bu ölkəyə yollanması ilə bağlı mətbuatda yazılanları dolayı yolla təsdiqləyib. Erməni prezidentin sözlərinə görə, bu cür hallar Ermənistanın təhlükəsizliyinə və maraqlarına təhdiddir. «Ermənilərin tərəf olması düzgün deyil. Hətta Suriyada yaşayan ermənilər də vətəndaş müharibəsində tərəf olmalı deyillər. Kim vuruşmaq istəyir, getsin sərhəd bölgələrinə, gənc əsgərlərlə bir yerdə xidmət etsin», - deyə S.Sərkisyan bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı bölgələrində və Ermənistanın özündə yaşayan ermənilərin Suriyada yaşayan soydaşlarını qorumaq məqsədi ilə ora getdikləri haqqında xəbərlər yayılıb. Qarabağdakı separatçı rejim isə deyilənləri təkzib etsə də bununla özlərini ifşa etmiş oldu. Belə ki, Ermənistanın «Jovoxurd» qəzeti qondarma qurumun «parlamentinin deputatı», Qarabağ müharibəsində iştirak etmiş Vahan Badasyan adlı şəxsin Kəsab ermənilərinə dəstək vermək məqsədi ilə Suriyaya getdiyini yazıb.

 





12.04.2014    çap et  çap et