Vaxt.Az

«Qarabağ» çempionluğa yaxınlaşdı


 

«Qarabağ» 67 xalla Topaz Premyer Liqasında turnir cədvəlinə başçılıq edir

«Qarabağ» çempionluğa yaxınlaşdı Bu gün Topaz Premyer Liqasında 30-cu tura start verilib.

ANS PRESS-in verdiyi məlumata görə, turun bütün görüşləri eyni günə nəzərdə tutulub.

Günün son oyununda lider «Qarabağ» öz meydanında «Rəvan»ı sınağa çəkib və rəqibini 5-1 hesabı ilə darmadağın edib. Bu qələbə sayəsində «Qarabağ» ən yaxın izləyiciləri ilə xal fərqini 13-ə çatdırıb. «Neftçi» «İnter»ə uduzduğundan, indi onların aktivində 54 xal var. «Qarabağ» isə 67 xalla turnir cədvəlinə başçılıq edir.

«Qarabağ» - «Rəvan» 5:1

Qollar: Leroy Corc, 33 (1:0), Muarem Muarem, 62 (2:0), Leroy Corc, 65 (3:0), Tyaqo de Souza, 68 (3:1), Almeyda, 71 (4:1)

Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 





12.04.2014    çap et  çap et