Vaxt.Az

Şəhərdə avtomatla gəzirmiş


 

Keçmiş məhbusun çantasından bir əsgərin yarağı çıxıb

Şəhərdə avtomatla gəzirmiş Bakı şəhərində çantada avtomat silahı gəzdirən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) «Qafqazinfo»ya daxil olan xəbbərdə bildirilir ki, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Q.Qarayev prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Camalov şübhəli şəxs qismində saxlanılıb. 

Axtarış zamanı onun üzərindən 0,170 qarm heroin və əlində olan idman çantasından 1 ədəd qundağı çıxarılmış AKM markalı avtomat, 2 ədəd sandıq və 108 ədəd 5,45 kalibirli patron götürülüb.

 





21.04.2014    çap et  çap et