Vaxt.Az

TDƏŞ başçıları Bakıda


 

Şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilir

TDƏŞ başçıları Bakıda İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, Forum Türkdilli Dövlətlər və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı filmin təqdimatı ilə başlamışdır.Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarından, qeyri-hökumət təşkilatlarından, elm, mədəniyyət və digər yaradıcı qurumlardan nümayəndələr iştirak edirlər.
Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın həyata keçirilməsi məsələləri müzakirə ediləcəkdir.
Forum Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaqdır.
 





21.06.2013    çap et  çap et