Vaxt.Az

«Lans» «Hafka»dan 45-50 milyon umur


 

Fransanın «Liqa-1»də «Azerbaijan Land of Fire» görünəcək

«Lans» «Hafka»dan 45-50 milyon umur Fransanın «Lans» klubu 40-45 milyon avro məbləğində transfer büdcəsinə ümid edə bilər. Bu haqda Fransanın «L’Equipe» nəşri xəbər verib.

Həmyerlimiz Hafiz Məmmədov tərəfindən maliyyələşdirilən və ölkəmizi təbliğ edən «Azerbaijan Land of Fire» şüarını daşıyan «Lans» dünən «Liqa-1»ə vəsiqəni təmin edib və klubun transfer bazarında fəallığı Azərbaycandan yatırılacaq investisiyadan asılı olacaq.

Əgər transfer büdcəsi 40-45 milyon avro olarsa, komandada bir sıra yeni futbolçuların peyda olması gözlənilir. Əgər büdcə az olsa, klub azad agentləri əldə etməyə diqqət ayıracaq (apasport.az).

 





17.05.2014    çap et  çap et