Vaxt.Az

Vatikanda Quran sədaları (VİDEO)


 

Yaxın Şərqdə sülh missiyasını üzərinə götürən Roma papası Fransis İsrail prezidenti ilə Fələstin liderini qəbul edib

Vatikanda Quran sədaları (VİDEO) Yaxın Şərqdə sülh missiyasını üzərinə götürən Roma papası Fransis İsrail prezidenti Şimon Pereslə Fələstin lideri Mahmud Abbası qəbul edib.


Vatikanda baş tutan görüş bir müddət əvvəl papanın Yaxın Şərqə səfəri zamanı razılaşdırılmışdı. Papa hər iki dövlət başçısını Vatikana dua etməyə dəvət etmişdi.

Dəvətin əsas məqsədi Vatikan bağlarında baş tutub. Hər iki tərəfin nümayəndələri sülh üçün dualar ediblər. Vatikanda Quran ayələri səsləndirilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerrinin yaxın şərqdə yürütdüyü uğursuz sülh siyasətindən sonra tərəflər arasında yenidən barışıq yaratmağa çalışacaq. Papanın yaxın şərqə səfəri zamanı Fələstin dövləti sözünü işlətməsi də diqqətlərdən yayınmamışdı.

Mahmud Abbasın Fəth partiyası ilə Həmas hərəkatı arasında əldə olunan barışıq İsrail ilə Fələstin arasındakı sülh danışıqlarının dayandırılmasına səbəb olmuşdu. İsrail hökuməti Fələstin rəhbərliyi Həmasla əlaqələri davam etdirdikcə bu ölkə ilə sülh danışıqlarına getməyəcəyini bildirib.

Amerika Birləşmiş Ştatları və əksər Qərb ölkələri Həmas partiyasını terrorçu təşkilatı kimi tanıyıblar.



 





09.06.2014    çap et  çap et