Vaxt.Az

“Kim özünü müqəddəs adlandırdı?”


 

Şairə-rəssamın kitabı təqdim olundu

“Kim özünü müqəddəs adlandırdı?” Hər bir şair üçün yaradıcılıq sözlərdə ifadə olunan qəlb musiqisidir. Bütün yaşlara mənsub olan adamların diqqətini cəlb edən, insanları ruhuna girən şeirlər yaratmaq hər şairin işi deyil.Bütün bu keyfiyyətlər Azərbaycan Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının üzvü Maya Bədəlbəylinin yaradıcılığında var. Şairə nadir hallarda Bakı oxucusunun görüşünə gəlir. Çünki o artıq uzun müddətdir ki, Moskvada yaşayır. O, geniş oxucu kütləsinə "Söz", "Dialoq" və "Kainatın səsləri" şeir topluları ilə tanınır.
M.Bədəlbəyli bu dəfə "Kim özünü müqəddəs adlandırdı?" toplusu ilə oxucularn görüşünə gəlib. Milli.Az xəbər verir ki, kitabın təqdimatı bu gün Yazıçılar Birliyinin "Natavan" klubunda baş tutub.
 





20.06.2013    çap et  çap et