Vaxt.Az

Xəzərdə zəlzələ olub


 

Yeraltı təkanlar saat 04.51-də qeydə alınıb

Xəzərdə zəlzələ olub Ötən gecə Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar Bakı vaxtıyla saat 04.51-də qeydə alınıb.


Zəlzələnin maqnituda 3.2 bal gücündə hiss olunub. 54 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.

Zəlzələ nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

 





21.06.2014    çap et  çap et