Vaxt.Az

Sumqayıtda ölüm qəzası


 

«Hyundai» «KamAZ»la toqquşub

Sumqayıtda ölüm qəzası Sumqayıtda yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 51-ci kilometrliyində «Hyundai» markalı minik avtomobili və «KamAZ» markalı yük avtomobil toqquşub.


Minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

 





21.06.2014    çap et  çap et