Vaxt.Az

Qafqaz Universiteti qəbul planından çıxarılıb?


 

TQDK-dan açıqlama: «Bizdə məlumat yoxdur»

Qafqaz Universiteti qəbul planından çıxarılıb? «Araz Kursları»nın fəaliyyətinin dayandırılması ilə bağlı verilən qərardan sonra Qafqaz Universitetinin də bağlanması və adının dəyişdirilməsi barədə mətbuatda məlumatlar yayılıb. Hətta Universitetin Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının builki qəbul planından adının çıxarılması xəbəri də gündəmdədir.


TQDK-nın mətbuat katibi Elnur Nağızadə Aktual.az-a açıqlamasında bildirib ki, son hadisələrdən sonra Qafqaz Universiteti ilə bağlı hər hansı dəyişiklik olunacağı barədə məlumatı yoxdur:

«Qəbul planı artıq bir neçə aydır Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına təqdim olunub və Abituriyent jurnalının 13-cü sayında dərc edilrək ictimaiyyətin diqqətinə çatdırılıb. Burada digər Universitetlərlə yanaşı Qafqaz Universitetinə də plan yerləri ayrıldığı qeyd olunub. Son qərardan və baş verən proseslərdən sonra Qafqaz Universiteti ilə bağlı hər hansı dəyişiklik olunacağı barədə bizdə məlumat yoxdur».

 





21.06.2014    çap et  çap et