Vaxt.Az

«Ərdoğanın siyasəti erməniləri qane edir»


 

«Hökumətdən narazı qüvvələri sakitləşdirmək üçün aksiya keçirib öz medialarında tirajlayırlar»

«Ərdoğanın siyasəti erməniləri qane edir» Avstriyanın paytaxtı Vyanaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı ermənilər aksiya keçirib. Erməni komitəsinin yaydığı məlumata görə, aksiyada 8 min erməninin iştirak etdiyini bildirib.


Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Ərəstun Oruclu bildirib ki, əslində bu Türkiyənin daxili siyasətinin bir parçası ola bilər:

«Çünki məlum olduğu kimi, Ərdoğanın siyasəti erməniləri qane edir. O, Türkiyənin ilk baş naziridir ki, ermənilərə 1915-ci illə bağlı başsağlığı verib. Yəni onun siyasəti digər Türkiyə rəsmilərinin 1915-ci il hadisələrinə yanaşmasında fərqli müstəvidə oldu. Bu da təbii olaraq kənardan Ərdoğana qarşı aqresiyaların yaranmasına səbəb olub. İndi isə Ərdoğan hökuməti narazı qüvvələri sakitləşdirmək üçün ermənilərin aksiyasını geniş şəkildə medialarında tirajlayırlar».

Qeyd edək ki, Aksiya davam edən zaman əraziyə Ərdoğana dəstək vermək üçün çoxlu sayda türk və avstriyalılar gəlib. Avstriya mətbuatının verdiyi xəbərə görə, Türkiyənin baş nazirinin dəstəkçiləri onun əleyhdarlarından bir neçə dəfə çox olub. Aksiya zamanı heç bir insident qeydə alınmayıb və tərəflər qətnamələrini oxuduqdan sonra ərazini tərk ediblər.

 





21.06.2014    çap et  çap et