Vaxt.Az

««Qarabağ» mərhələni adlayacaq»


 

Ağasəlim Mircavadov: «Problem olmayacaq»

««Qarabağ» mərhələni adlayacaq» «Püşkün nəticəsi «Qarabağ» üçün normal oldu. Rəqibin kimliyindən asılı olmayaraq komandamızın hazırlıq səviyyəsi yüksək olmalıdır. İnanıram ki, «Qarabağ»da bu sarıdan problem olmayacaq və mərhələni adlayacaq».


Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın «Valetta» klubunun «Qarabağ»a rəqib olmasını dəyərləndirən təcrübəli mütəxəssis ilk oyunun səfərdə olmasını komandamız üçün müsbət qiymətləndirib: «Qarabağ» səfərdə daha yaxşı oynayacaq. Ancaq ilk oyundan qabaq rəqib haqda informasiya  toplamaq lazımdır. Əks halda «Qarabağ» üçün çox ağır oyun ola bilər. Avropada asan və ya çətin rəqib olmur.  Ancaq Malta futbolunun səviyyəsi o qədər də yüksək deyil».

 





23.06.2014    çap et  çap et