Vaxt.Az

Radikallar qrup yarada bilmədi


 

«Sağ yönümlü partiyalarla əməkdaşlıq «çox çətin məsələdir»

Radikallar qrup yarada bilmədi «Euractiv» xəbər verir ki, Hollandiya və Fransa radikal sağ partiyaları Avropa Parlamentində anti-Aİ parlament qrupu yarada bilməyiblər. Hollandiyanın Azadlıq Partiyasının lideri Geert Vilders iyunun 22-də yaydığı bəyanatda bildirib.


Parlament qrupu yaradılmadığına görə həmin partiyalar əlavə maliyyələşmə, komplektləşmə, eləcə də vaxtlarından məhrum olacaqlar. Belə ki, 28 Avropa İttifaqı (Aİ) ölkəsinin ən az yeddisinin üzvlərindən ibarət çoxmillətli partiya qrupu yaradılsaydı, bu imkanlardan faydalanacaqdılar.

Xatırladaq ki, ötən həftə Naycl Faraajın Birləşmiş Krallığın Müstəqillik Partiyası (UKİP) və Beppe Qrillonun İtaliyanın «5 Ulduz Hərəkatı»nın daxil olduğu rəqib avroskeptik partiyalar Fransanın «Milli Cəbhə» partiyasından uzaqlaşanları özlərinə tərəf çəkib belə bir ittifaq yarada bilmişdilər.

Vilders bəyanatında bildirib ki, Polşanın anti-semitizm və «qadınları sevməməkdə» günahlandırılan sağ yönümlü partiyası ilə əməkdaşlıq «çox çətin məsələdir». O, bu il başqa bir vaxt parlament qrupunu yaradacağına ümid etdiyini bildirib.

«Azadlıq Partiyası parlament qrupu yaratmaq istəyir, amma bu şərtlər altında yox», - o deyib. Vilders Avstriya, Belçika və İtaliyadan olan eyni düşüncəli partiyalarla, eləcə də Marin Lö Penin «Milli Cəbhə» partiyası ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Partiyalar iyunun 24-nə qədər qrup yaratmalı idilər. Bu uğursuzluqdan sonra indi onlar Parlamentin «müstəqil üzvlər»i olacaqlar.


MÖVQE:

«Biz bir qədər geridəyik, lakin tezliklə başqalarına əsl alternativ olan parlament qrupu yaradacağımıza inanırıq», - İtaliyanın «Lega Nord» partiyasından Matteo Salvini iyunun 24-də bildirib.

«Açılış sessiyasında hamımız müstəqil olacağıq, amma sonra müzakirələrimizi yenidən davam etdirəcəyik. Biz artıq Macarıstan, Rumıniya və Sloveniyadakı partiyalarla əlaqə saxlayırıq», - «Lega Nord» partiyasının rəsmilərindən biri «Reuters» agentliyinə deyib.

 





25.06.2014    çap et  çap et