Vaxt.Az

Obamadan Ramazan təbriki


 

ABŞ prezidenti əvvəl xanımının, sonra özünün və ən axırda xalqının adından müsəlmanlara arzu dilədi

Obamadan Ramazan təbriki ABŞ prezidenti Barak Obama Ramazan ayının başlaması münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edib.

 

O, təbrik mesajında «Mişel və mən Amerika xalqı adından ABŞ və bütün dünya müsəlmanlarına ən xoş arzularımızı çatdırırıq» – deyə, vurğulayıb.

Obama Ramazanın oruc tutaraq və dua edərək, özünü Tanrıya həsr etmək və dərin düşüncəyə dalmaq üçün mühüm bir zaman hissəsi olduğunu vurğulayıb. Birləşmiş Ştatların dövlət başçısı bildirib ki, Ramazan həm də dünyadakı müsəlmanların yoxsulluq və iqtisadi bərabərsizliklə mübarizə ayıdır: «Bu ay ərzində köməyə ehtiyacı olanlara öz mərhəmətlərini, yardımlarını əsirgəmirlər».

 





28.06.2014    çap et  çap et