Vaxt.Az

Apodan PKK-ya əmr


 

«Qaçırılan 134 uşağı ailələrinə təhvil verin»

Apodan PKK-ya əmr PKK lideri Abdulla Öcalan (Apo)PKK tərəfindən qaçırılan 134 uşağın geri qaytarılması barədə göstəriş verib.


ANS PRESS-in məlumatına görə, Öcalan bu göstərişi İmralıya onun ziyarətinə gələn Xalqların Demokratik Partiyasının (HDP) nümayəndə heyəti vasitəsilə PKK-çılara çatdırıb.

PKK-çıların qaçırdığı 134 uşağın bu həftə valideynlərinə təhvil veriləcəyi gözlənilir.

Abdulla Öcalanın bu addımı Türkiyə hökumətinin «çözüm sürəci»nə (Kürd probleminin həlli prosesi) dəstək olaraq atdığı bildirilir.

 





29.06.2014    çap et  çap et