Vaxt.Az

Əmrə «Liverpool»a can verdi


 

Londonlular almanlara 10 milyon ödəyəcək

Əmrə «Liverpool»a can verdi İngiltərə «Premyer Liqa»sının aparıcı klublarından olan «Liverpool» Almaniya «Bundesliqa»sının məşhur klubu «Bayer Leverkuzen»nin türk əsilli yarımmüdafiəçisi Əmrə Canla razılığa gəldi. Vaxt.az ada mətbuatında istinadən bildirir ki, ingilislər alman klubu ilə hələ ötən ay böyük anlamda anlaşsa da bəzi detallarda fikir ayrılığı qalmışdı.


Həmin xırdalıqları da həll etdikdən sonra «Liverpool»lular 20 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzaladı. İmzalama törənindən sonra media nümayəndələrinin qarşısına çıxaraq çoxsaylı sualları cavablandıran futbolçu «bu ailənin bir parçası olmaqdan və bu gün burda olduğum üçün çox şanslıyam. Komandamın uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə əminəm» sözləri ilə londonlulara mesajını göndərmiş oldu.

İngilis mediasının dediyinə görə, «Liverpool» oyunçu üçün keçmiş klubuna 9,7 milyon funt-sterlinq ödəyəcək.

 





03.07.2014    çap et  çap et