Vaxt.Az

Çexlərdən ermənilərə böyük təhqir


 

«Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün hər şey edilir»

Çexlərdən ermənilərə böyük <b style="color:red">təhqir</b> Bü günlərdə İrəvan-Praqa reysinin sərnişinlərinə Rusiya miqrasiya kartlarının paylanması erməni ictimaiyyətində ciddi narahatçılığa səbəb olub. ANS PRESS-in məlumatına görə, bu, erməni şərhçilərini ölkənin beynəlxalq imici barədə yenidən düşünməyə məcbur edib.


Erməni şərhçi Akop Badalyan bu gün yazdığı məqaləsində bildirir: «Bu, avropalılarda Ermənistana qarşı formalaşmış münasibətlərdən xəbər verir. Artıq Ermənistan Rusiya ilə eyniləşdirilir. Problem də ondadır ki, avropalıların Ermənistanla Rusiyanı eyniləşdirmək üçün əllərində əsas çoxdur».

Badalyan daha sonra vurğulayıb: «İyirmi il ərzində Ermənistanda ölkənin gələcəyini Rusiyadan ayrı şəkildə təsəvvür edən görüş formalaşmayıb. Üstəlik, son illərdə Ermənistanın Rusiya kimi təsəvvür edilməsi üçün mümkün və qeyri-mümkün hər şey edilib».

 





07.07.2014    çap et  çap et