Vaxt.Az

«Prezidentə minnətdaram»


 

İlham Əliyev Rəsulzadəni Almaniyaya göndərdi

«Prezidentə minnətdaram»

«Mənim adımdan prezidentə təşəkkür edin. Ona minnətdaram».

Bunu AzVision.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, müalicə üçün Almaniyaya göndərilən Rais Rəsulzadə deyib. O bildirib ki, artıq dünəndən Almaniyadadır: «Almaniyadayam, bir azdan həkimlər məni müayinə edəcək». 

Xəstəliyi barədə ətraflı məlumat vermək istəməyən Rəsulzadə orada neçə gün müalicə olunacağının da dəqiq məlum olmadığını deyib.


***

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

Prezident Administrasiyasındakı mənbələrdən APA-ya daxil olan məlumata əsasən, o, dövlət hesabına bu ölkənin məşhur «Şarite» hospitalında əməliyyat ediləcək və müalicə alacaq. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

R. Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir.

Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar Federasiyasının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.

 





10.07.2014    çap et  çap et