ANS PRESS-in məlumatına görə, cinayət Lonqvi şəhəri yaxınlığında həyata keçirilib. O, polisə özü müraciət edib. Siyasi mühacirin dediyinə görə, 47 yaşlı soydaşını Lonqvi yaxınlığında oğurluq tapança ilə güllələyərək nohura atıb.
Hadisənin birbaşa şahidləri olmasa da, yerli sakinlər güllə səsləri eşitdiklərini bildiriblər. Prokurorun sözlərinə görə, hər iki erməni tanış olublar və qətl borc məsələsinə görə baş verib.
Qatil erməni Fransaya 2 ildir ki, gəlib. Ona 30 il həbs cəzası kəsilə bilər.