Vaxt.Az

«Düşmən tərəfi 71 itki verib»


 

General Rövşən Əkbərovdan sensasion məlumat: «Ermənilərin 6-7 postu məhv edilib»

«Düşmən tərəfi 71 itki verib» Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təqdim edib.

«Qafqazinfo»nun cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib: »Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib».

Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!

 





04.08.2014    çap et  çap et