Vaxt.Az

Bakıda biznesmenin evinə basqın oldu


 

Xeyli pul və qızıl aparıldı

Bakıda biznesmenin evinə basqın oldu Bakının Bakıxanov qəsəbəsində Əli Məmmədləiyev adlı sahibkarın evinə basqın olub.

Basqınçılar biznesmenin evindən 24 min manat nağd pul, seyfdən isə 50-60 min manatlıq qızıl-zinyət əşyaları oğurlayıblar.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən mediapost.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 





04.08.2014    çap et  çap et