Vaxt.Az

Melkonyanın əsgəri məhv edildi


 

Kəlbəcərdə öldürülən erməni ASALA-da döyüşmüş terrorçuymuş

Melkonyanın əsgəri məhv edildi Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.

APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.

Ermənistanın Araqat vilayətindən olan A.Qriqoryan rəsmi məlumata görə, ön xəttə 2 gün əvvəl çıxıb.

Qeyd edək ki, A.Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.

 





05.08.2014    çap et  çap et