Vaxt.Az

Ağdamın damları atəşə tutuldu


 

Əvvəlki günlərə baxanda səngimə var

Ağdamın damları atəşə tutuldu Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin rəsmi saytından verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, cəbhədə atəşkəs əvvəlki günlərlə müqayisədə, son bir neçə gündə daha az pozulur.

 





13.08.2014    çap et  çap et