Vaxt.Az

Belçikada dini insident


 

Xarici İşlər Nazirliyinin diplomatı Qətər şahzadəsinin niqabını cırdı

Belçikada dini insident Belçika Xarici İşlər Nazirliyi protokol xidmətinin yüksək rütbəli nümayəndəsi Jan-Mari Pir Qətərdən olan şahzadə xanımın niqabını cırmaqla böyük qalmaqal yaradıb.

Virtualaz.org saytı »Daily Mail»ə istinadən xəbər verir ki, insident ərəb şahzadəsinin və onu müşayiət edən iki xanımın yaxınlıqdan keçən J.-M.Pirdən Kral sarayına necə getmək lazım olduğunu soruşduğu məqamda baş verib.

«Mən onlara dedim ki, üzünü görə bilmədiyim adamlarla söhbət etmirəm. Mənə müraciət edən qadın isə bu sözlərimi yəqin ki, eşitmədi. Ona görə də əl atıb onun başındakı örtüyü dartıb çıxardım. Bilirəm ki, belə etməməli idim. Amma həmin qadının hərəkəti də qanunazidd idi» - deyə belçikalı məmur bildirib.

Baş verən bu hadisədən sonra J.-M.Pir polis tərəfindən saxlanılıb. Bəzi məlumatlara görə, Belçika XİN-in əməkdaşı həmin an sərxoş olub.

Hicabı başından açılan qətərli şahzadə xanım isə öz növbəsində bəyan edib ki, belçikalı kişi onun qulağındakı sırğaları da qoparıb, bundan əlavə, insident zamanı bədəni sıyrılıb və göyərib.

Ərəb şahzadəsinin adı açıqlanmır. Amma «Daily Mail» yazır ki, qadının özünü də cərimə və 7 günə qədər həbs cəzası gözləyir. Çünki ictimai yerlərdə hicabla gəzmək və üzü örtmək Belçika qanunları ilə qadağandır.

 





20.08.2014    çap et  çap et