Vaxt.Az

Daha bir yol bağlandı


 

Sürücülərə Xocasən-Lökbatan istiqaməti məsləhət bilinir

Daha bir yol bağlandı Bakı Beynəlxalq Avtovağzalından «Sədərək» ticarət mərkəzinə aparan yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi («Sədərək» ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-nə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.

 





25.08.2014    çap et  çap et