Vaxt.Az

«Akkord» satışa çıxardı


 

Şirkət texnikalarını satır

«Akkord» satışa çıxardı «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti mülkiyyətində olan işlənmiş nəqliyyat vasitələrini satışa çıxarıb. Şirkətdən verilən məlumata görə, siyahıda 735 müxtəlif texnika var. Bura yük avtomobilləri, avtobuslar, mikserlər və sair texnikalar aiddir.

Satışa çıxarılan texnikaların 500-dən çoxu yük avtomobilidir. Şirkətin elanında bildirilir ki, satışa çıxarılmış nəqliyyat vasitələrinin seçilməsi və qiymət razılaşdırılması üçün Bakı şəhəri, Zığ şossesi, Akkord nəqliyyat bazasına müraciət etmək lazımdır.

 





01.09.2014    çap et  çap et