Modern.az saytının məlumatına görə PA rəsmisi özünün «Twitter» səhifəsində Serj Sərkisyanın psixikasının pozulduğunu yazıb.
«Son 1 ayda münaqişənin həlli ilə bağlı Sərkisyanla keçirilmiş 2 görüşdə belə 1 qəti qənaətə gəlmişəm ki, onun psixi durumu bərbad vəziyyətdədir. Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, onun işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur», - deyə Novruz Məmmədov bildirib.