Vaxt.Az

«Vaxtında ölmək»


 

«Vaxtında ölmək» Mərhum gənc yazıçı Zərdüşt Şəfizadənin (Zərdüşt Şəfi) ölümünü həbsxanadan azad olan günü, hələ İranda konsulluğun həyatində eşitdim. Qəhərləndim, ağladım...
Yaxşı yadımdadır ki, Zərdüşt Şəfizadə bir dəfə mənə belə demişdi: “Fərid, mütləq “Nobel” mükafatı alacam”. Öldü və tale onu “yalançı” çıxardı. Hər halda mənə söz verib “sözünü tuta bilməyən kəs”lərdən biri də Zərdüşt oldu. Amma mən belə şeylərə çoxdan öyrəncəliyəm...
Bir dəfə tənqidçi Rəhim Əliyevin dedi ki: “Fərid “Qurani-Kərim” də çox sevdiyim bir cümlə var: “Ölüm haqdır” cümləsi. Doğurdan da, belədir, nə vaxt ölsən haqdır, doğrudur və qəbul ediləndir”.
Bu mənada, Zərdüştün ölümü məndə vaxtsız təsiri oyatmır, nədənsə. Hamı vaxtsız ölür...
Amma...
Bir dəfə Rəsul Həmzətov içib Azərbaycan xalqını söyəndə Ənvər Məmmədxanlı ona əl qaldırmaq istəyib, əlini Yusif Səmədoğlu tutub. Zərdüştün də əl qaldıra biləcəyi çox əclaflar ola bilərdi...
Sonda bir məqamı xatırlayaq:
Ramiz Rövşənin yazıçı Ənvər Məmmədxanlı haqda yazdığı kiçicik yazıda belə bir yer var: “Biz çox qəribə ölkədə yaşayırıq. Burda şairlərin, yazıçıların yazdıqları təkcə onların yazdıqları ilə yox, yazmadıqları ilə də ölçürlər” Deyirlər: filankəs yaxşı yazıçıdır, çünki yalan yazmır... və s...”.
Zərdüşt də belədir... O yazmadıqları ilə də...
 





06.08.2013    çap et  çap et