Vaxt.Az

Təhsil Nazirliyi və TQDK-ilə yoxlamalara başlayır


 

İşçi komissiya yaradılıb

Təhsil Nazirliyi və TQDK-ilə yoxlamalara başlayır Son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron Rayon Təhsil Şöbəsində anti-korrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı yayılan məlumatlara rəsmi mövqe açıqlayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, informasiyalarda hüquqa zidd xarakterli hadisələrin nə vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları tam açıqlanmır və istər-istəməz ictimai rəydə qeyri-müəyyənlik yaranır:

«Nazirlik olaraq bildiririk ki, istər birinci, istərsə də ikinci hal Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar edilib və müvafiq materiallar aidiyyəti dövlət strukturlarına göndərilib. Həmçinin, Təhsil Nazirliyi digər kolleclərdə də analoji halların yoxlanılması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK ilə birgə işçi komissiya yaradıb.

Təhsil Nazirliyi görülən işlərlə bağlı ictimaiyyətin daha düzgün məlumatlandırılması, şəffaflıq və qərəzsizlik prinsipinə riayət edilməsi məqsədilə informasiyanın dürüst yayılmasını və mənbəyə dəqiq istinad edilməsini təqdir edir».

 





18.09.2014    çap et  çap et