«Bilirsiniz ki, Müsavat bir dönəmin, bir kəsimin, bir şəxsin partiyası deyil. Odur ki, təklif edirəm qərarlarımızı verməmişdən əvvəl məsləhətləşmələr aparaq. Hər gün onlarla müsavatçı dostlarımızla, ziyalılarla, gənclərlə görüşlər keçirib fikir mübadiləsi edirik. Müzakirələrimiz göstərir ki, daha geniş formatda toplaşmağa ehtiyac var. Müsavatın bu gününü və gələcəyini müzakirə etmək, hər birinizi dinləmək, sizlərdən bu istiqamətdə fikirlər almaq və eyni zamanda mövqeyimizi bölüşmək, eləcə də növbəti addımlarımızı müəyyənləşdirmək üçün sizləri oktyabrın 6-da saat 15-də Müsavat Partiyasının mərkəzi qərargahında görüşə dəvət edirəm».