Vaxt.Az

«Azərbaycanın bacarıqlı rəhbərliyi var»


 

«Kosmosa çıxış, «Eurovision» kimi təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır»

«Azərbaycanın bacarıqlı rəhbərliyi var» «Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır».

APA-nın məlumatına görə, bunu Azərbaycan alimlərinin I Qurultayında məşhur alim Lütfü Zadə video-müraciətində söyləyib.

L.Zadə bildirib ki, ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib: «Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, «Eurovision» və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır».

L.Zadə qeyd edib ki, əsas məsələ rəqabət qabiliyyətliliyin artırılmasıdır: «Azərbaycanın gələcəyi ilə bağlı optimistəm. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar».

 





19.12.2014    çap et  çap et