Vaxt.Az

Ermənilərin ksenefobiyasının iflası


 

Heydər Əliyevin, Vəzirovun, Elçibəyin erməni həkimi İrəvanda pis gündə yaşayır

Ermənilərin ksenefobiyasının iflası Əslən Naxçıvanın Əylis kəndindən olan və hazırda İrəvanda yaşayan 75 yaşlı Varvara Arutyunova Azərbaycan rəhbərləri Əbdürrəhman Vəzirov və Əbülfəz Elçibəyə xidmət göstərdiyini bildirir.

Məlumata görə, uzun müddət İsraildə yaşamış qadın qızının xəstəliyi üzündən Ermənistana yerləşib və 4,5 ildən çoxdur ki, orada qocalar evində yaşayır.

«Mən Bakıda hökumət xəstəxanasında işləmişəm, baş tibb bacısı idim. Çoxsaylı pasiyentlərim arasında Heydər Əliyev, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy də var idi. Bizim rəhbərimiz tanınmış kardioloq Yevgeni Çazov idi» - deyə Varvara Arutyunova bildirib.

Onun əri Vladimir Arutyunov Bakıda məşhur dərzi olub.

Erməni qadını qocalar evinə yeznəsi yerləşdirib. Yeznə 7 ay evində yaşamış Varvara Arutyunovanı yola verməyib və onu qocalar evinə qovub. Biçarə qadın yenidən İsrailə mühacirət etmək istəyir.

Varvara Arutyunovanın əhvalatı ermənilərin Azərbaycan ksenofobiyası barədə uydurduğu yalanları darmadağın edir. Erməni millətindən olan bu qadın hətta millətçi-demokrat Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanın hökumət xəstəxanasında işləyib. Özünün dediyi kimi, ona «gözün üstə qaşın var» deyən olmayıb. Amma İrəvanda erməni millətindən olan yeznəsi onu evindən çıxararaq çöllərə salıb (ANS PRESS).

 





05.01.2015    çap et  çap et