Vaxt.Az

«Dünya fırlanmır»


 

Səudiyyəli imam: «Yer kürəsi əks tərəfə dönsə, ... »

«Dünya fırlanmır» Səudiyyə Ərəbistanlı imam Şeyx Bendər Əl Hayberi dünyanın fırlanmadığını deyib. Onun bu fikri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Panellərin birində tələbələrin «Dünya fırlanırmı?» sualına cavab verən Əl Hayberi «Dünya yerində sabit dayanıb, hərəkət eləmir» deyib. İmam daha sonra dünyanın fırlanmadığını sübut etmək üçün önündəki plastik su qabını göstərək deyib: «Tutalım hava limanından Çinə uçuruq. Deyirsiz dünya fırlanır. Mənə diqqət edin (su qabını göstərir) bu dünyadır. Əgər dünya fırlanırsa təyyarə havada dayandığında Çin təyyarəyə doğru gəlməlidir. Düzdürmü? Yox, əgər Yer kürəsi əks tərəfə dönsə, onda təyyarə heç vaxt Çinə çatmazdı. Çünki Çin də təyyarə kim fırlanacaqdı».

 





17.02.2015    çap et  çap et