Vaxt.Az

«Atmaq bacarığı»


 

Vaxtımız çox azdı

«Atmaq bacarığı» Bir Zen-buddist usta şagirdi ilə aydınlanma uğrunda uzaq səfərə çıxır.

Enli bir çayı keçməli olurlar. Sahildə dayanmış gənc və gözəl bir qız ustadan xahiş edir ki, çayı keçməyinə kömək eləsin.

Yaşlı usta qızı belinə alıb çayı keçir və onu sahildə qoyub uzaqlaşır.

Yol boyu şagird kirimir:

- Görəsən, kim idi o qız? Hara gedirdi? Niyə tək idi? Çaydan niyə qorxurdu?

Usta şagirdinə təbəssümlə baxıb deyir:

- Mən qızı çayın sahilində qoydum, sən hələ də daşıyırsan...

Heç zad.

Demək istəyirəm ki, mütərəqqi ideyalar naminə adamları atmaqdan çəkinmək doğru deyil.

Hətta bu, dost, sevgili, valideyn, övlad olsa belə.

Vaxtımız çox azdı.

(Kulis)

 





15.04.2015    çap et  çap et