Vaxt.Az

«Ölülərlə müharibə aparmırıq»


 

«Erməniləri vəhşiliklərini edə bilmərik»

«Ölülərlə müharibə aparmırıq» Erməni tərəfinin Azərbaycan hərbçilərinin erməni əsgərlərinin cəsədlərini təhqir etmələri ilə bağlı yaydığı bəyanatlar həqiqətəuyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

«Erməni tərəfi belə bəyanatlar yaymaqla dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsi ilə bağlı yanlış istiqamətə yönəltməyə və azərbaycanlıları vəhşi kimi təqdim etməyə çalışır», - deyə məlumatda vurğulanır.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan tərəfi ölən şəxslərlə humanist davranır, heç bir təhqir və işgəncə faktları olmayıb: «Azərbaycan ordusu ölülərlə müharibə aparmır. Ermənistan Azərbaycanın humanistliyini qiymətləndirərkən nəzərə almalıdır ki, hərbi əməliyyatları biz dayandırdıq və beləliklə, həm də daha çox erməni hərbçisinin məhv olmasının qarşısını aldıq».

«Biz ölən əsgərlərimizin valideynlərinin, ailə üzvlərinin emosional vəziyyətini nəzərə alaraq, erməni tərəfindən hərbi qulluqçularımızın meyitlərinin təhqir olunması ilə bağlı faktları bildirmədik. Azərbaycan əsgərləri heç vaxt ermənilərin etdikləri vəhşilikləri edə bilməzlər. Erməni tərəfi belə bəyanatlar yaymaqla Azərbaycanı dünya ictimaiyyətinə vəhşi kimi təqdim etmək niyyəti güdür», - deyə məlumatda bildirilir.

 





11.04.2016    çap et  çap et