Vaxt.Az

«İstəməsə gəlməyəcək»


 

İsveç Akademiyası Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb

«İstəməsə gəlməyəcək» Nobel Mükafatı komitəsi amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb. «Biz indi heç nə etmirik», akademiyanın daimi katibi Sarah Danius bildirib.

«Mən onun nümayəndəsinə zəng etdim və e-mail göndərdim və dostcasına cavablar aldım. Hələlik kifayət edir», o əlavə edib.

Hələlik Dilanın dekabrın 10-da mükafatın təqdimat mərasiminə gəlib-gəlməyəcəyi bəlli deyil.

«İstəməsə gəlməyəcək», Danius jurnalistlərə deyib, «lakin onun şərəfinə böyük bir tədbir təşkil olunacaq».

Dilan hələlik mükafat almasına şərh verməyib.

13 oktyabrda mükafatın ona verilməsi barədə məlumat çıxdıqdan sonra Dilan Las Vegasda konsert versə də, Nobel mükafatı barədə danışmayıb.

Bob Dylan bəstələdiyi mahnılara yazdığı şeirlərə görə bu mükafatı alan ilk bəstəkardır.

İsveç akademiyası «Amerika musiqisində yeni poetik ifadələr» yaratdığına görə Dylanı bu mükafata layiq görüb.

 





19.10.2016    çap et  çap et