Vaxt.Az

İki marşrutda dəyişiklik


 

Hərəkət məhdudlaşdırıldı

İki marşrutda dəyişiklik 29 və 53 nömrəli marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, artıq 29 saylı avtobuslar «Memar Əcəmi» metro stansiyası və III mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.

53 saylı avtobuslar isə Dövlət Bayrağı Meydanından «Elmlər Akademiyası» metro stansiyasınadək hərəkət edəcək.

Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə, Alatava yaşayış sahəsinə gediş-gəlişi BNA tərəfindən qadağan edilib.

 





24.10.2016    çap et  çap et