Vaxt.Az

Başıbəlalı veriliş bağlandı


 

«Bu, maraqlıdır» maraqsız oldu

Başıbəlalı veriliş bağlandı «Space» televiziyasında yayımlanan «Bu, maraqlıdır» verilişi bağlanıb. Modern.azsaytı xəbər verir ki, «Space» TV sözügedən verilişlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir: «Yeni mövsümdə kanalda «Bu, maraqlıdır» adlı musiqili-əyləncəli proqram hazırlanmışdı.

Aktrisa Ülviyyə Əliyeva və Ramiz Alışovun aparıcılığı ilə bu veriliş ilk buraxılışlarında qeyri-adi qabiliyyətə malik olan insanları proqrama cəlb edirdi. Və doğrudan da bu, maraqlı idi. Sonuncu verilişdə çox güman ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilmişdi. Televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün «Bu, maraqlıdır» verilişinin bağlanması haqqında qərar qəbul edib».

 





25.10.2016    çap et  çap et