Vaxt.Az

«Brilyant oğlan» qızıl qazandı


 

Rafael Ağayev beşqat dünya çempionu oldu

«Brilyant oğlan» qızıl qazandı Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. 75 kq. Çəki dərəcəsində mübarizə aparan karateçimiz Rafael Ağayev növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən «brilyant oğlan» yarımfinalda iranlı idmançıya qalib gəlib. Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb.

 





29.10.2016    çap et  çap et