Vaxt.Az

«Bağışlanılmaz səhvlər idi»


 

Ruslan Abışov: «Oyuna yaxşı başlamadıq»

«Bağışlanılmaz səhvlər idi» Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə «Sumqayıt»ı məğlub edən (3:1) «İnter»in yarımmüdafiəçisi Ruslan Abışov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, Abışov qarşılaşmayla bağlı bunları deyib: 

- Asan qələbə qazandığımızı demək olmaz. Üç oyunluq heç-heçədən sonra 3 xal qazanmaq vacib idi. «Qarabağ»la «Qəbələ»nin qələbəsi də bizi vadar edirdi ki, xal fərqini böyütməyək. Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Əsas odu ki, nəticəni xeyrimizə dəyişə bildik.

- Erkən qol nəyin nəticəsi idi? - Meydana rahat çıxmamışdıq. Ani diqqətsizliyin nəticəsində onlar qol vurdu. Yaxşı ki, tez toparlanmağı bacardıq.

- Hazırkı məqamda əsas rəqibləriniz hansı komandalardı? - Bir gün əvvəl «Qəbələ»nin və «Qarabağ»ın qalib gəlməsi bizim də 3 xal qazanmağımıza səbəb oldu. Çünki xal fərqini artmasına imkan verməməliyik. Digər yandan, əsas rəqiblərimiz «Zirə» və «Kəpəz»di. Amma çempionluqdan da əlimizi üzmürük, sona qədər mübarizə aparacağıq.

- «İnter»in öz meydanında daha yaxşı oynadığını demək olarmı? - Müəyyən səhvlərimiz var. Əsas da hücumun sonluğunu tamamlamaqda çətinlik çəkirik. «Neftçi» ilə oyunda bu səhvlərə yol verməməliyik. Belə komandalara qarşı bu cür səhvlərə yol vermək bağışlanmazdı. Bundan nəticə çıxarmalıyıq. 

- «Neftçi»nin hazırkı durumu «İnter»in işinə yarayırmı? - Deməzdim. «Neftçi» 1-ci dövrədəki oyunda bizə qarşı fərqli motivasiya ilə çıxmışdı. Halbuki bizimlə oyundan əvvəl «Qəbələ»yə 0:8 hesabı ilə yenilmişdilər. Onlar bu oyuna dönüş qarşılaşması kimi baxırlar. İndi asan matç yoxdur. Autsayder də, lider də 90 dəqiqədə sona qədər mübarizə aparır.

- «Neftçi» 5 legioneri əvəzedici komandaya göndərdi, Tiranı komandadan qovdu... - Bundan xəbərim yoxdur. Vacib olan öz oyunumuzdu. İlk üçlükdə olmaq istəyiriksə, diqqətli olmalıyıq.

- Klub rəhbərliyində baş verən dəyişikliklər futbolçulara təsir edəcəkmi? - İstəməzdik ki, Rəşad müəllim komandadan ayrılsın. Onunla söhbətimizdə bildirdi ki, hər zaman yanınızda olacam, stadiona gəlib, dəstəyimi nümayiş etdirəcəm.

 





31.10.2016    çap et  çap et