Vaxt.Az

Kim Çen Inın həyat yoldaşı yoxa çıxıb


 

Şimali Koreya lideri xanımını edam etdirib?

Kim Çen Inın həyat yoldaşı yoxa çıxıb Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Li Sol Ju 7 aydan çoxdur ictimaiyyət qarşısında görünmür.

Güman edilir ki, o, ya hamilədir, ya da hansısa problem üzündən kütlə qarşısına çıxmır. «The Independent» yazır ki, ölkənin birinci xanımı kiçik bacısı ilə mübahisə etdiyi üçün özünə qapanıb.

Xanımın taleyi barədə ən pis ehtimalı düşünən dairələr də var. Kim Çen Inın xəyanətdə ittiham etdiyi doğma əmisini belə tərəddüd etmədən dəhşətli şəkildə edam etdirdiyini nəzərə alsaq, xanımın da eyni aqibətlə üzləşmə ehtimalı var.

 





03.11.2016    çap et  çap et