Vaxt.Az

Saakaşvili istefa verdi


 

«Əllərim boş qalmayacaq»

Saakaşvili istefa verdi Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa edəcəyini bəyan edib. Saakaşvili bu bəyanatı onun Facebook səhifəsindən yayımlanan mət-buat konfransında verib.

«Odessa, həmçinin Odessa vilayəti Kiyev banditizmə və özbaşınalığa birbaşa hi-mayədarlıq edən korrupsionerlərdən azad edildikdən sonra inkişaf edəcək. Ona görə də mən bu vəziyyətdə istefa verməyi və mübarizənin yeni mərhələsinə başlamağı qərara aldım, - deyən Saaakaşivili «Mən yolumdan geri çəkilməyəcəm və bu yolda yorulan deyiləm, buna kimsə ümid etməsin» - deyə əlav edin.

Saakaşivili öz çıxışında Odessa vilayətinin əksər sakinlərinin ondan istefa verməməyi xahiş etdiyini xatırlatsa da, istefa qərarını qəbul etməyə məcbur olduğunu bəyan edib.

«Mən bacardığı qədər getməyi bacaran və daha sonra nə qədər lazımsa o qədər gedən əsgərlərdənəm. Qələbə üçün nə qədər lazımdlrsa, o qədər də davam edəcəyəm», - deyə Saakaivili bildirib.

Saakaşvilinin sözlərinə görə qələbə, «əsgərlərin qanına və Maydan qurbanlarına sərmayə qoyan, Ukraynanın inqilabi ideyalarına xəyanət edən, yeganə motivasiyaları varlanmaq ciblərini dolduran, klanlarını gücləndirən və Ukraynanın son qəpiyinə qədər oğurlamaq istəyən korrupsionerlərdən qurtulmaqla» baş tutacaq.

Cənab Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu şəxsən Odessa vilayətindəki korrupsioner klanları dəstəkləməkdə ittiham edib: «Poroşenko Odessada iki klanı - Trexanov və Urbanski klanını dəstkləyir. Vilayətdəki bütün rəhbərliyi onlara və sepa-ratçilara verib».

APA-nın məlumatına görə, Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.

 





07.11.2016    çap et  çap et