Vaxt.Az

Berluskoni danışdı…


 

Trampı dəstəklədi, Putini təriflədi, Obamanı «vurdu»

Berluskoni danışdı… «ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp fundamental bir şeyi anladı ki, Amerika ilə Rusiya arasında ayrı-ayrı məsələlər üzrə fikir ayrılığı olsa da, onlar bunu əməkdaşlıq və dostluq üslubunda həll etməlidirlər».

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İtaliyanın sabiq baş naziri Silviyo Berluskoni deyib.

Onun fikrincə, Rusiya beynəlxalq aləmdə problemlərin birgə həll olunması üçün vacib ölkədir: İslam ekstremizmindən tutmuş, immiqrasiya problemlərinə qarşı mübarizəyə qədər.

«Rusiya prezidenti Vladimir Putin digər liderlərdən fərqli olaraq indiyə qədər fövqəladə vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyətini göstərib»-deyə o əlavə edib.

Berluskoni ABŞ-dakı seçkilərdə Trampın niyə qalib gəlməsi barədə də fikirlərini bölüşüb:

«Çünki Barak Obama beynəlxalq siyasətdə çox səhvlər etdi. O, «ərəb baharı»na dəstəkdən başlayaraq, İslam fundamentalizminə qədər məsələlələrdə yanlışlığa yol verdi. O, Rusiya ilə münasibətləri gərginləşdirdi. Obama Amerikanın mövqelərini zəiflətdi».

 





13.11.2016    çap et  çap et