Vaxt.Az

Mir Şahinin yeni ili


 

ANS-in «Dədə Qorqud»una hədiyyə edin, onu ekrana - övladına qovuşdurun

Mir Şahinin yeni ili Sizə uşaqlığımın, gəncliyimin qəhrəmanından danişmaq istəyirəm. Azərbaycanin Şahinindən. Ustaddan, hazırcavabdan, fitri istedad sahibindən, söz Allahından danışmaq istəyirəm. O, hər zaman fərqləndi. Olanlara fərqli yanaşmasi ilə, təhlili, publisistikasi ilə özünü həmyazarlarından fərqləndirdi. Öz möhürünü vurdu. Çoxları ona oxşamaq istədi. Amma bu istək elə istək olaraq qaldi. O, söz meydaninda tək savaşdi.

Tək söz meydaninda yox, həm də müharibə meydaninda sözü ilə savaşdi. Hazırcavablılığı, fitri istedadı ilə meydan oxuyan Mir Şahinin Azərbaycan boyda bir adı oldu. ANS-in bir parçası oldu. Hər kəs eşitmək istədiyini ondan eşitdi. Hər kəs Mir Şahin sözünə güvəndi. Onun hər sözü əks səda yaratdı.

Çox misallar gətirmək olar. Amma mənə görə 20 yanvar faciəsi qurbanlarinin dəfn mərasimi zamanı onun «Qaldirin tabutları Azərbaycanın sağlığına» ifadəsinin tamam başqa çəkisi var. Bu kəlməni ancaq o düşünüb və ancaq o, deyə bilərdi. Azərbaycanı varlığı ilə sevən biri Mir Şahin. O, bəlkə də yeganə jurnalistdir ki, adını tək ANS-in yox, Azərbaycanın tarixinə yazdi. O, müsahibləri üçün hər zaman fərqli jurnalist oldu. Prezident üçün də, adi vətəndaş üçün də onun öz yeri oldu. 2003-cu ildə Heydər Əliyev son müsahibəsini də Mir Şahinə, o cümlədən ANS telekanalına etibar etmişdi. Bu gün bu etibar olunan insanın yaşının üstə daha bir yaş da gəldi. Özünün dediyi kimi hər bir insanin ad günü onun özünə aid yeni ilidir. Deməli, Mir Şahin üçün bu gündən yeni il başlayir.

Ustad ucun bəlkə də ANS-çilər üçün də yeni il bu gündən başlayir. Köhnə ili ANS-siz qaldığımızdan bu yeni ildə Mir Şahinin yeni ilində ANS-in qayıdışını, bizə dönəcəyini arzulayaq! Mir Şahinə dönüm günündə yeni iliniz göy qurşağı kimi rəngarəng, nağıllar kimi maraqlı olsun! Dəyirəm. Amma ANS-in onu yaradanlara – Vahid, Seyfulla Mustafayevlərə, Mir Şahinə, ANS-çilərə, cəmiyyətə qaytarilması nağıl yox, gerçək olsun! Mir Şahinin dönüm gününə bir hədiyyə olsun! 53 yaşli ustadın 25 yaşlı övladı hədiyyə olaraq ona qaytarılsın!

 





13.11.2016    çap et  çap et