Vaxt.Az

«Onu həriflədim»


 

Tramp Qəddafini necə ələ saldı?

«Onu həriflədim» Bir neçə gün bundan əvvəl sürpriz şəkildə ABŞ prezidenti seçilməklə dünyanın heyrətinə səbəb olan Donald Trampla bağlı daha bir maraqlı faktın üstü açılıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Tramp  2009-cu ildə Nyu-Yorka rəsmi səfərə gələn sabiq Liviya lideri Müəmmar Qəddafidən xeyli pul alıb. O zaman hələ prezident olmayan Tramp da məsələyə münasibət bildirərkən, «Qəddafidən pul qazanan yeganə adamam»,  deyərək faktı təsdiqləmişdi.

Qeyd edək ki, Qəddafi 2009-cu ildə beynəlxalq forumda iştirak etmək üçün Nyu-Yorka gələn zaman onun şəxsi çadırının və çoxsaylı mühafizə-müşahidəçi heyətinin qaldığı ərazi Trampa məxsus imiş və multi-milyoner həmin ərazini ona müvəqqəti icarəyə verib. Müəyyən səbəbdən Qəddafi orada qalası olmasa da, əvvəlcədən icarəyə görə külli-miqdarda pul ödəyib. Tramp bu faktı təsdiqləyərək, Qəddafinin həmin əraziyə görə sərvət ödədiyini deyib.

CBS telekanalında Tramp həmin hadisəni bu cür şərh edib: «Mən Qəddafi pul qazanan yeganə adamam. Xatirinizdədirsə,  Qəddafi ölkəyə gələndə mənimlə müqavilə bağlamaq məcburiyyətində idi. Çünki qalacaq bir yerə ehtiyacı vardı. Mənə  sərvət ödədi və orada demək olar ki, qalmadı. O hadisə sanki zarafat kimi idi».

 





14.11.2016    çap et  çap et