Vaxt.Az

«Çatışmayan cəhətlərə bələdəm»


 

Firdovsi Umudov: «Komanda mənə çox yaxındı»

«Çatışmayan cəhətlərə bələdəm» «Noyabrın əvvəllərində yeni vəzifəyə təyinat aldım. Mənə etimad göstərdiyi üçün federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm». Komanda.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş üzrə yığmasının baş məşqçi əvəzi Firdovsi Umudov jurnalistlərə açıqlamasında deyib.

Umudov millinin üzvlərini yaxşı tanıdığını və onlarla işləməyin çətin olmayacağını bildirib: «Komanda mənə çox yaxındı. Uşaqlarla tanışıq, onlar da məni çox yaxşı tanıyır. 2007-2008-ci illərdə çalışdığım yeniyetmələr indi əsas yığmanın üzvləridi. Hacı Əliyev, Toğrul Əsgərovu misal göstərmək olar. Məşqçilərin və uşaqların psixologiyasını, onlara necə yanaşmağın lazım olduğunu bilirəm. Hazırlıq prosesində də çatışan və çatışmayan cəhətlərə bələdəm. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum. Güclü məşqçilər korpusumuz var. Bir yerdə işləyib, gələcək yarışlarda da nəticələr qazanmağa çalışacağıq. Təbii ki, yığmada son söz baş məşqçinin olur. Mən də çalışacam ki, idmançıları düzgün analiz edim və doğru qərar verim».

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyevin imzaladığı əmrə əsasən, yığma komandaların məşqçilər korpusunda dəyişiklik edilib. Əmrə əsasən, Firdovsi Umudov sərbəst güləş yığmasının baş məşqçi əvəzi, Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev və Sadruddin Ayqubov isə məşqçi təyin olunub. Yığmanın sabiq baş məşqçisi Saypulla Absaidov isə gənclərdən ibarət komandanın böyük məşqçisi vəzifəsini icra edəcək.

 





17.11.2016    çap et  çap et