Vaxt.Az

Neftsiz çətin olacaq


 

Qeyri neft sektorunun bir aylıq qazancı gündəlik dollar təlabatını ödəmir

Neftsiz çətin olacaq Bir aylıq qeyri-neft ixracatından gəlirlər 1 günlük valyuta hərracının tələbindən də azdır. Ötən 9 ay üzrə orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunur ki, cari ilin 9 ayında ölkə üzrə qeyri-neft ixracatı 844 milyon 100 min dollar təşkil edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azdır. Bir sözlə bu ilin 9 ayının qeyri-neft ixracatı ötən ilin eyni dövrünün ixracatının dördə üçünə bərabər olub. 

Ötən 9 ay üzrə orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Lakin, nəzərə alsaq ki, qeyri-neft ixracatının başlıca məhsulu meyvə və tərəvəzdir, onda çox şübhəsiz ki, mövsümi amillərin təsiri ilə sonrakı aylarda qeyri-neft ixracatı azalacaq və orta aylıq səviyyə bir az da aşağı enəcək. Bu tendensiya xüsusilə də ilin son aylarında valyutaya olan tələbat artdığı dövrə təsadüf edəcək. Müqayisə üçün qeyd edək ki, hətta indiki səviyyədə belə Azərbaycanın bir aylıq qeyri-neft ixracatından olan gəlirləri valyuta bazarında hətta 1 günlük hərracın tələbini belə ödəmir. Onda ölkənin yeganə ümidi neftdən satışından əldə edilən valyuta gəlirlərinədir. Bu isə ildən ilə azalır. Çünki, ölkədə neft hasilatı aşağı düşür, dünyada isə neftin qiyməti ucuzlaşır. Elə bu səbəbdən də 2017-ci ilin büdcəsində 1 barel neftin orta illik qiyməti 40 dollar müəyyənləşdirilib.

 





17.11.2016    çap et  çap et