Vaxt.Az

Rusiyadan növbəti zərbə


 

Politoloq: «Kreml əlindən gələn edir ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsin»

Rusiyadan növbəti zərbə Rusiyadan Azərbaycana daha bir zərbə dəydi. Bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib. Onun sözlərinə gör, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır. Cəbhə bölgəsində kameraların quraşdırılması ideyası da Rusiyaya məxsusdur. Göründüyü kimi Rusiya hakimiyyəti əlindən gələn hər şeyi edir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsin. Azərbaycan prezidenti İlham Əliyev haqlı olaraq Rusiyanın bu təkliflərini qəbul etməyib. Əks halda biz işğalçını təzyiq altında saxlaya bilməyəcəkdik.

Politoloq sonra bildirib: «Bu təkliflərin Rusiyadan gəldiyini əvvəl də bilirdim. Sadəcə, məni başqa sual maraqlandırır: Moskva bu məsələni niyə indi açıb-ağardır? Faktiki bu açıqlama da Ermənistan hakimiyyətinin maraqlarına cavab verir. Çünki, İrəvan dəridən qabıqdan çıxır ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mexanizmi tətbiq edilsin və onlar bu yolla status-kvonu əbədiyyətə qədər uzatsınlar. Digər tərəfdən Zaxarovanın açıqlamasını belə də oxumaq olar: «Bakı bizim təklifi qəbul etmədi, bunun əvəzinə də biz gələcək toqquşmanın qarşısını almaq üçün həm Ermənistana «İsgəndər» raketləri verdik, həm də birgə qoşun birlikləri yaratdıq»».

 





17.11.2016    çap et  çap et