Vaxt.Az

Qarakəndin qaranlıq sirri


 

Yanan helikopetrin tüstüsü, narahat ruhların iniltisi

Qarakəndin qaranlıq sirri Qarakənd sirri 1991-ci il, 20 noyabr. Yanmış helikopter qalıqları, ətrafa səpələnmiş meyitlər, darmadağın ruhlar!

Həmin gün Qarakənd kəndi doğrudan da qaraya büründü. Azərbaycan boyda adı olan insanlar bir anda düşmən gülləsinin qurbanı oldular. O gün Azərbaycanın yüksək cinli dövlət məmurlarının olduğu helikopter terrora uğradı. 22 nəfərin hamısı həlak oldu. Doğrudur, ilk gün helikopterin duman səbəbindən qəzaya uğraması barədə insanlara yalan məlumat verilsə də, az sonra bu xəbərin gerçək olmadığı üzə çıxdı. Helikopterin vurulduğu elan edildi.

Həmin gün baş prokuror, dövlət katibi, daxili işlər naziri, baş nazirin müavini, millət vəkilləri, jurnalistlər qurban verildi. Daxili işlər naziri Məhəmməd Əsədovla baş prokuror İsmət Qayıbovun həmin gün ermənilər tərəfindən əsir götürüldüyünə dair xəbərlər də dolaşdı. Bu xəbərlərin gerçək olması üçün onlarin ailələri nələr verməzdilər. Yaxşı yadımdadır, Məhəmməd Əsədovun ailəsi hər gün ondan xəbər gözləyirdi. Onlar da özlərini bu şayiələrə inandırmışdılar.

Noyabr qurbanlarinin yaxınlarının o qədər cavabsız sualları qaldı kı. Niyə ölkənin yüksək çinli məmurlarının hamısı eyni vaxtda bir helikopterə mindirildi? Nə səbəbə bu məmurları müşayiət edən digər hərbi helikopter yox idi? Nə baş verdi? Qara qutu özündə hansı sirri saxladı?

Bu suallar bu gün də cavabsızdır. Bu gün də Qarakənd səmasında yanmış helikopterin tüstüsü, narahat ruhların iniltisi var. 25 illik zaman da qara dumanı Qarakənd səmasından qova bilmədi. Qarakənd sirri açılmaz oldu.

 





20.11.2016    çap et  çap et